Bakı. Trend:
Güclü yağıntılar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndində
yerləşən Nohur gölünün daşma riski yaranıb.
Trend xəbər verir ki, bu
barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, Nohur gölünün daşma nəzərə alınaraq hazırda
Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən
göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik
tədbirləri həyata keçirilir.





























