Advertisement

Rövşən Nəcəf Fernandu Santuşla görüləcək işləri müzakirə edib

Bakı. Trend:

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni
baş məşqçi təyin olunan Fernandu Santuş ilə görüşüb.

Trend İdman.biz
istinadən xəbər verir ki, görüşdə milli komandanın qarşısına
qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın
formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə
edilib.

Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair
gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər
məsələlər barədə fikir mübadiləsi aparılıb.