Advertisement

“Zirə” bombardirini qaytarıb – Trend.Az

Bakı. Trend:

“Sabah”la yollarını ayıran Davit Volkov “Zirə”yə qayıdıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Bakı təmsilçisi gürcüstanlı hücumçu ilə 2
illik müqavilə bağlayıb.

“Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020 –
2022-ci illər aralığında da “Zirə”nin şərəfini qoruyub.

Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”,
“Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”,
Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.