Advertisement

Paytaxtda velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılmasına başlanıldı

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin
parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə
başlayıb.

Bu barədə Trend-ə AYNA-dan
bildirilib.

Məlumata görə, artıq Bakıda İstiqlaliyyət küçəsində və
Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər
parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər
görülür.

Bundan əlavə əsas cəlbetmə məntəqələrində, metro stansiyaların
qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada
dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.