Bakı. Trend:
İyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada güləş üzrə
beynəlxalq turnir keçiriləcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yığmamız turnirdə 7 sərbəst güləşçi ilə
təmsil olunacaq.
Ənənəvi yarışda ölkəmizin şərəfini Əli Rəhimzadə (65 kq),
Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov
(79 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər iksi 86 kq),
Abubakar Abakarov (92 kq) qoruyacaqlar. Sərbəst güləş üzrə yarışlar
iyunun 22-23-də keçiriləcək.
Qeyd edək ki, turnirdə II dərəcəli beynəlxalq hakim Elgün
Məmmədov ədaləti qoruyacaq.





























