Advertisement

ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək – Bayden

Bakı. Trend:

ABŞ hava hücumundan müdafiə sistemlərini əvvəlcə Ukraynaya,
sonra isə digər tərəfdaşlarına çatdırmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden
bildirib.

“Bizdən hava hücumundan müdafiə sistemlərini tədarük etməyimizi
gözləyən ölkələrə bildirdik ki, onlar gözləməli olacaqlar. Əlimizdə
olan hər şey Ukraynaya göndəriləcək və yalnız bundan sonra digər
müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə
C.Bayden İtaliyada mətbuat konfransı zamanı qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, hazırda ABŞ-ın beş
tərəfdaşı “Patriot” hava hücumundan müdafiə sistemləri və digər
hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə söz
verib.