Advertisement

Yaponiya və Ukrayna təhlükəsizlik və müdafiə sahəsində saziş imzalayıblar

Bakı. Trend:

Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna prezidenti
Vladimir Zelenski 10 illik ikitərəfli saziş imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” qəzeti
xəbər verib.

Bildirilib ki, Tsazişə əsasən, Tokio Kiyevə təhlükəsizlik,
müdafiə və digər sahələrdə yardım göstərəcək.

Qeyd olunub ki, Ukrayna tərəfinin məlumatına görə, bu saziş
çərçivəsində Yaponiya bu il Ukraynaya 4,5 milyard dollar dəstək
verəcək. Öz növbəsində Yaponiyanın İtaliyadakı səfirliyi bəyan edib
ki, 2022-ci ildən bəri Tokio artıq Kiyevə 12 milyard dollardan çox
dəstək verib.

Yaponiya Ukraynanı öldürücü olmayan avadanlıq və mallarla təmin
edəcək və bu ölkə ilə kəşfiyyat sahəsində əməkdaşlıq edəcək.