
Bakı. Trend:
Braziliyanın paytaxtı Rio-de Janeyroda havanın temperaturu 42
dərəcəyə çatır. Lakin hiss edilən temperatur 62,3 dərəcə
selsidir.
Trend xəbər verir ki, dövlət qurumları əhalini gündüz
saatlarında maksimum az hərəkət etməyə çağırıb. Meteorologiya
xidməti isə yaxın günlərdə yağış mövsümünün başlayacağı ilə bağlı
xəbərdarlıq edib. İki ay davam edən şiddətli istilərdən sonra
ölkənin əksər ərazilərinə böyük həcmdə yağıntının düşməsi,
havaların kəskin soyuması gözlənilir.
Ekspertlər hesab edirlər ki, temperatur anomaliyalarının başlıca
səbəbi ağacların kütləvi şəkildə qırılmasıdır.





























