
Bakı. Trend:
Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin 15-i səhər yarımadanın bəzi
yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı
var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə
20-25, gündüz 31-36 dərəcə isti olacaq.
Bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim
Mahmudov bildirib.
“Bölgələrə gəldikdə isə iyunun 15-16-da əsasən dağlıq və
dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış
yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq
küləyinin əsəcəyi gözlənilir”, – o qeyd edib.
Xidmət rəisi bildirib ki, Naxçıvan MR-da 15-16-17 iyun
tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin
gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək,
gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 18-23,
gündüz 31-36 dərəcə isti olacaq:
“Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin
Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış
yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq,
mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14,
gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı
gözlənilir.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə
arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və
səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə
isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan,
Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin
gündüz bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi
əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37 dərəcə isti
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir
rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal
olunur. İyunun 15-i axşam yağıntıda qısamüddətli fasilə olacaq.
Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti
olacaq.
Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarının bəzi
ərazilərində arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılar
axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq,
mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18,
gündüz 24-29, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacağı
gözlənilir.
Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarında hava şəraitinin
əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz
bəzi yerlərdə fasilələrlə yağış yağacağı, qısamüddətli leysan
xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə
və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul,
Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi
yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq
küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37
dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad
rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin
gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq,
mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz
31-36, dağlarda gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq”.





























