Advertisement

Növbəti erməni separatizmi: TripAdvisor və AirBnb hərəkətə keçəcəkmi?

Bakı. Trend:

Bir neçə gün öncə bəzi beynəlxalq səyahət platformalarında
erməni separatizminin hələ də davam etməsi ilə bağlı məlumatları
paylaşmışdıq. Belə ki, məşhur
AirBnbTripadvisor kimi
tanınmış səyahət platformalarında axtarış apararkən Qarabağdakı
yaşayış məntəqələrinin vaxtikən erməniləşdirilmiş adları üzə çıxır
və həmin ərazilərdə yerləşən onlarla müxtəlif iaşə obyektləri və
məkanlarda satışın davam etdiyi görünür.

Məsələ ilə bağlı AirbnbTripadvisor turizm platformalarına müraciət etsək də,
bugünədək adıçəkilən tərəflər məsələyə münasibət bildirməkdən boyun
qaçırır.

Otuz ilə yaxın müddətdə ermənilər əzəli torpaqlarımız olan
Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayarkən
ərazilərimizdən öz məqsədləri üçün istifadə etməkdə davam ediblər.
Onlar torpaqlarımızdan turizm məqsədiylə də istifadə ediblər.
Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə
cəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğal
etdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyə
çalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanları
yanlış məlumatlandıraraq, bu əraziləri tarixi erməni torpaqları
kimi təqdim etmək olub.

Lakin torpaqlarımız işğaldan azad edildikdən sonra dünya həmin
ərazilərin əsl sahibinin Azərbaycan olduğunu gördü. Lakin Airbnb
həm də Tripadvisor kimi beynəlxalq səyahət platformalarında
Qarabağda işğal dövründə qanunsuz fəaliyyət göstərmiş turizm
obyektlərinin və restoranların bugünədək mövcudluğunu qoruyub
saxlaması, həmçinin turistlər üçün satışının təklif edilməsi
yolverilməzdir. Ermənistan öz məkrli siyasətindən əl çəkmir.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Turizm Bələdçiləri
Assosiasiyasının baş katibi Tural Musayev bildirib ki, bu elanların
verilməsi dələduzluqdur.

“Belə elanları yerləşdirilməsinin qarşısını almaq üçün IP
ünvanlarına baxmaq lazımdır ki, onlar hara bağlıdır. Həmin IP
adreslərini bloklamaq mümkündür. Amma ermənilər belə elanları dünya
səviyyəli Airbnb, Tripadvisor kimi saytlarda yerləşdirirlərsə,
kütləvi şikayət edib sildirmək olar. Ümumiyyətlə, həmin elan
saytlarının administrasiyası ilk öncə araşdırma aparır və edilən
şikayət düzdürsə, özləri problemi aradan qaldırır”, – o deyib.

Ekspert Rəhman Quliyev isə qeyd edib ki, 30 ilə yaxın müddətdə
ermənilər əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru işğal
altında saxlayarkən ərazilərimizdən öz məqsədləri üçün istifadə
etməkdə davam ediblər.

“Onlar torpaqlarımızdan turizm məqəsədilə də istifadə ediblər.
Məqsəd də Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə
cəlb etmək olub. Onlar beynəlxalq turizm platformalarında işğal
etdikləri ərazilərimizi dünyaya öz torpaqları kimi qələmə verməyə
çalışıblar. Əsas məqsədləri də həmin ərazilərə gələn insanları
yanlış məlumatlandıraraq bu əraziləri tarixi erməni torpaqları kimi
təqdim etmək olub. Lakin torpaqlarımız işğaldan azad edildikdən
sonra dünya həmin ərazilərin əsl sahibinin Azərbaycan olduğunu
gördü. Lakin Airbnb həm də Tripadvisor kimi beynəlxalq səyahət
platformalarında Qarabağda işğal dövründə qanunsuz fəaliyyət
göstərmiş turizm obyektlərinin və restoranların bugünədək
mövcudluğunu qoruyub saxlaması, həmçinin turistlər üçün satışının
təklif edilməsi yolverilməzdir. Ermənistan öz məkrli siyasətindən
əl çəkmir. 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizdə
turizm infrastrukturu da məhv edildi.

Qarabağın böyük turizm potensialı var. Erməni işğalına qədər
həmin ərazilərdə il ərzində 80 minə yaxın, 100 minə yaxın turist
qəbul etmək olurdu. Halbuki həmin dövrdə biz heç bir turizm
bazarına çıxa bilmirdik. Buna baxmayaraq, yenə də o infrastruktur
bizim orada yaşayan əhalimizə xidmət edirdi. Qarabağda ermənilərin
tək Azərbaycan turizminə vurduğu ziyan 100 milyard dollarlarla
ölçülür.

Ermənilər torpaqlarımızı işğal etdikdən sonra Qarabağa turist
gətirməkləri və zamanında müxtəlif platformalarda yerləşdirilmiş
elanlar bu gün Airbnb, Tripadvisor kimi platformalarda qalır.
Torpaqlarımız işğaldan azad edilsə də, bu elanların ermənilər
tərəfindən yerləşdirilməsi onların həmişəki xislətindən xəbər
verir. Onlar artıq yalana öyrəniblər. Yəni bu gün ermənilərin
beynəlxalq turizm platformalarına Xankəndi və ətraf ərazilərdən
turizm məqsədli yaşayış məntəqələri (mənzillər) tapmaq mümkündür
kimi elanlar yerləşdirməsinin heç bir əhəmiyyəti yoxdur. Buna
baxmayaraq təkid edərək belə elanların platformalardan
çıxarılmasına nail olmalıyıq”, – deyə ekspert qeyd edib.