Bakı. Trend:
2024-cü ilin yanvar-may aylarında Türkiyənin Türkmənistana
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 47,1 faiz azalaraq, 9,9 milyon dollara çatıb.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin may ayında Türkiyə Türkmənistana 2,6 milyon dollar
məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən
ilin may ayı ilə müqayisədə 32,4 faiz azdır” – deyə nazirlikdən
bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar- may aylarında Türkiyənin
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 5,3 faiz artaraq 15 milyard dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 3,2 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may
ayı ilə müqayisədə 6,3 faiz çoxdur,” – deyə nazirlikdən
bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə
35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac
edib.





























