Advertisement

İranda daşqınlar: insanlar itkin düşüb

Bakı. Trend:

İranın Mazandaran əyalətinin Çalus və Ərdəbil vilayətinin
Meşginşəhr şəhərində leysan yağışları nəticəsində çaylar daşıb.

Trend bu barədə İran
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, daşqınlarda bir neçə vətəndaşın itkin düşdüyü
deyilir.

Mazandaran əyalətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru
Qulam Əli Fəxari Çalus yolunda daşqın nəticəsində 16 nəfərin qəzaya
uğradığını, onlardan 12-nin təhlükəsiz ərazilərə, dördünün isə tibb
mərkəzlərinə aparıldığını bildirib.

Onun sözlərinə görə, daşqın zamanı üç nəfər itkin düşüb, onların
və digər itkin düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlər
davam etdirilir.