Advertisement

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib

Bakı. Trend:

Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində
meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215
amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim
Yumaklı sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis
xilas olunub. Qəzanın səbəbləri araşdırılır.