Advertisement

Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin olunub

Bakı. Trend:

Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin olunub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Dortmund klubu bu
barədə məlumat yayıb.

35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Nuri Şahin bu
vəzifədə dünən istefa verən Edin Terziçi əvəzləyib. O, yanvar
ayından Dortmund “Borussiya”sında köməkçi-məşqçi vəzifəsini
tutub.

Qeyd edək ki, Nuri 2021-ci ilin oktyabrından 2023-cü ilin
sonunadək “Antalyaspor”da baş məşqçi vəzifəsini yerinə yetirib.