Bakı. Trend:
Ermənistanda vətəndaşları “Vətən naminə Tavuş” hərəkatının
etirazlarında iştiraka təşviq edən iki nəfərə qarşı cinayət işi
açılıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat
yayıb.
Məlumata görə, cinayət işi sosial şəbəkələrdə paylaşılan
stenoqram əsasında açılıb.
Sözügedən ittihamlarla bağlı ümumilikdə 11 nəfər saxlanılıb.
Xatırladaq ki, bu yaxınlarda Ermənistan KİV Qalstanyanın
tərəfdarlarının telefon danışığının stenoqramını yayıb.
Stenoqrama əsasən, keşiş Baqrat Srbzanın (Qalstanyanın) etiraz
aksiyasında iştirak edənlərə 5 min dram (təqribən 20 manat) pul
verdiyi məlum olub.
Məlumata görə, telefon danışığının əvvəlində Qalstanyanın
tərəfdarları söhbətin nədən getdiyinin anlaşılmaması üçün şifrəli
danışaraq dram əvəzinə “düyü” sözündən istifadə ediblər. Belə ki,
onlar 1000 dramı “1 bağlama düyü” ifadəsi ilə əvəz ediblər. Lakin
söhbətin ortasında onlar görünür, şifrəli danışmaqdan yorularaq
etirazlarda iştirak üçün pul təklif olunduğundan açıq şəkildə
danışır, sonda isə nəyisə xatırlayaraq yenidən dram əvəzinə “düyü”
sözündən istifadə edirlər.





























