Beynəlxalq axtarışda olan şəxs təhvil verilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat
yayıb.
Bildirilib ki, Avstriyada vergidən yayınma cinayət əməlini
törətməkdə təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan
tədbiri seçilməklə beynəlxalq axtarışda olan, Türkiyə
Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret
Abdullatif 2023-cü ilin dekabr ayında ölkəmizdə müəyyən edilərək
barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə
Nazirliyinin vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu
tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə
Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul
edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil
verilib.





























