Advertisement

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir”,
“Nardaran” və “Cənub” sularda xilasetmə məntəqələrindən kənarda
(qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər
xilas olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.