Bakı. Trend:
Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə
məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1
ədəd mobil telefonun soyğunçuluq yolu talaması barədə məlumat daxil
olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qəhrəmanov
saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

























