Advertisement

Mingəçevirdə gəzinti qayığı yanıb, 10 nəfər xəsarət alıb

Bakı. Trend:

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10
nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda
araşdırma aparılır.

Bu barədə Trend
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən
partlayış baş verib.