Advertisement

Mingəçevirdə qayığdakı yanğında xəsarət alanların son vəziyyəti açıqlanıb

Bakı. Trend:

Mingəçevirdə baş verən hadisə ilə əlaqədar saat 20:20
radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli)
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım
şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Trend
bildirilib ki, yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi
xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər
(3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə
buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin
müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.