Advertisement

İspaniya millisinin futbolçusu Dani Karvahal rekorda imza atıb

Bakı. Trend:

İspaniya millisinin futbolçusu Dani Karvahal Avropa
çempionatları tarixinə düşüb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, Berlinin Olimpiya stadionunda Xorvatiya ilə
qarşılaşmanın ilk yarısının artırılma dəqiqələrində vurduğu qolla
rekorda imza atıb.

Karvahal 32 yaş 156 günlüyündə rəqib qapısına yol tapıb. O,
bununla da İspaniyanın Avropa çempionatlarında qol vuran ən yaşlı
futbolçusu olub.

Ona bu qolun ötürməsini verən Lamin Yamal isə 16 yaş 338 günündə
Avropa çempionatları tarixinə ən gənc assistent kimi öz adını
yazdırıb.

Qeyd edək ki, matç ispanların 3:0 hesablı qələbəsi ilə başa
çatıb.