Bakı. Trend:
ABŞ-nin Texas ştatının Raund-Rok şəhərində konsert zamanı atışma
baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb
və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər
həlak olublar.
Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar
xəstəxanalara aparılıblar.
Faktla bağlı araşdırma aparılır.





























