
Bakı. Trend:
İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki
dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, axtarışda
olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində
axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
İtkin düşmüş kimi axtarışda olan 20 nəfər ötən iki gündə polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə tapılaraq aidiyyəti üzrə
təhvil verilib.





























