Bakı. Trend:
Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı davam
etdirilir.
Trend DİN-in Mətbuat
xidmətinə istinadən xəbər verir ki, 15-16 iyun tarixlərində polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda
olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.





























