
Bakı. Trend:
Jurnalist Fərahim İlqaroğlunun anasının klinikada ölməsi ilə
bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar
Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da
ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma
aparılır.
Qeyd edək ki, Fərahim İlqaroğlu anasının həkim səhlənkarlığı
səbəbindən öldüyünü iddia edir. O, hadisənin araşdırılması üçün
aidiyyəti qurumlara müraciət etdiyini bildirib.





























