Bakı. Trend:
NATO-ya üzv olan Avropa ölkələri və Kanadanın müdafiə xərcləri
2024-cü ildə 18% artacaq.
Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens
Stoltenberq Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşü zamanı
deyib.
“Avropa və Kanadada NATO müttəfiqlərimiz bu il müdafiə
xərclərini 18% artırır. Bu, son onilliklərin ən böyük artımıdır”, –
deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, 23 müttəfiq bu il ÜDM-in 2%-i və ya daha
çoxunu müdafiəyə xərcləyəcək.
“Bu, Avropa müttəfiqlərinin və Kanadanın həqiqətən də
fəallaşdığını və NATO ittifaqında hamımızı qorumaq üçün ortaq
məsuliyyəti öz üzərinə götürdüyünü nümayiş etdirir”, – deyə o qeyd
edib.





























