Bakı. Trend:
İranın Gilan əyalətində yerləşən Kaim xəstəxanasında baş verən
yanğın nəticəsində 9 nəfər həlak olub.
Trend xəbər
verir ki, bu barədə İran KİV məlumat yayıb.
Yanğın əsnasında xəstəxanada 142 pasiyentin stasionar müalicə
olduğu qeyd edilib.
Bundan başqa, yanğın zamanı xəstəxanada olan 5 körpə digər
xəstəxanaya köçürülüb.





























