Bakı. Trend:
Bu gün Avropa Liqasında 2024/2025 mövsümünün I təsnifat
mərhələsinin püşkü atılacaq.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində
keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycanın vitse-çempionu “Zirə”nin də ilk rəqibi bəlli
olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada
səpələnməmişıər səbətində yer alacaq.
Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar
“Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan),
“Visla” (Krakov, Polşa), “Pafos” (Kipr) və “Paksi”dir (Macarıstan).
Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də
keçiriləcək.
Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü
sabah atılacaq. “Qarabağ”ın Çempionlar Liqasında, “Sabah”la
“Sumqayıt”ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin “Zirə”nin
növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.





























