Advertisement

Ermənistanda Rusiya sərhədçilərinin abidəsinə qarşı vandallıq

Bakı. Trend:

Ermənistanda Rusiya sərhədçilərinin abidəsinə qarşı hörmətsizlik
olunub.

Trend xəbər
verir ki, vandalizm aktını əks etdirən görüntülər sosial
şəbəkələrdə yayılıb.

Belə ki, İrəvanda Qələbə parkındakı abidənin yaxınlığında
quraşdırılmış Rusiya bayrağı və gerbi naməlum şəxslər tərəfindən
qoparılıb.

Qeyd edək ki, bu. Ermənistanda abidələrə qarşı ilk vandalizm
aktı deyil. Belə ki, bu ilin yanvar ayında ermənilər mühasirədə
olan Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəni təhqir
ediblər. Sosial şəbəkələrdə vandalizm aktının görüntülərini əks
etdirən kadrlar yayılıb.

Birinci videoda erməni vandalının çələnglərdən Rusiya bayrağının
təsviri olan lentləri necə çıxarıb yerə atdığını və ayaqları ilə
necə tapdaladığı əks olunub. İkinci videoda isə o, çələngləri
çevirərək, mühasirəyə alınmış uşaqları “faşist” adlandırır və “bu
hadisəni təsdiq edən heç bir sənəd olmadığını” iddia edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun