Advertisement

İranda güclü zəlzələ oldu – Trend.Az

Bakı. Trend:

İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə
zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika
İnstitutu məlumat yayıb.

Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ
yerli vaxtla saat 13.24-də qeydə alınıb.

Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq
üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.

Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı
açıqlama verilməyib.