Bakı. Trend:
İyunun 17-də Gürcüstan ərazisində yağan güclü leysan yağışları
və dolu regionlarda bir sıra ciddi problemlər yaradıb.
Trend xəbər verir ki, Kvemo Kartli və Laqodexi bölgələrində kənd
təsərrüfatı və üzümçülük sahələrinə ciddi ziyan dəyib.
Kvemo Svaneti bölgəsində torpaq sürüşməsi baş verib.
Sürüşmə daha çox Tsaqeri-Lentexi bölgəsində 5 ərazi vahidində
qeydə alınıb. Nəticədə bölgədə bütün növ avtomobillərin hərəkəti
qadağan edilib. Ərazidə yolların təmizlənməsi həyata keçirilir.
Elektrik və qaz xətlərinin sıradan çıxması səbəbindən bir neçə
kəndə elektrik enerjisi və təbii qazın verilməsi dayandırılıb.
Hidrometeorologiya xidməti isə havanın yenidən pisləşəcəyi
barədə məlumat yayıb.
Güclü yağıntılar Şərqi Gürcüstanda kiçik çaylarında daşmasına,
dağlıq ərazilərdə torpaq sürüşməsinin aktivləşməsinə səbəb ola
bilər.





























