Advertisement

Didye Deşam Fernandu Santuşa çatıb

Bakı. Trend:

AVRO-2024-də ilk oyununu keçirən Fransa millisi baş məşqçisi
Didye Deşamın rəhbərliyi altında 6-cı final mərhələsində mübarizəyə
başlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, “üçrənglilər” mütəxəssisin başçılığı ilə
üç dünya, üç Avropa çempionatında meydana çıxıb.

Deşam “Köhnə qitə” yığmalarında ən azı 6 belə turnirə qatılan
4-cü mütəxəssisdir. Fransalı Helmut Şon və Fernandu Santuşa
çatıb.

Azərbaycan millisinin indiki baş məşqçisi Yunanıstan və
Portuqaliya ilə ümumilikdə 3 dünya, 3 qitə çempionatında iştirak
edib. Şon isə Almaniyanı 4 dünya və 2 Avropa çempionatında uğura
daşıyıb.

Bu üç mütəxəssis rekordçudan bir turnir geri qalır. Avropa
rekordu Yoahim Lövdədir. O, Almaniyaya 3 dünya, 4 qitə
çempionatında rəhbərlik edib.

Qeyd edək ki, Fransa AVRO-2024-ə Avstriya üzərində qələbə ilə
başlayıb – 1:0.