Advertisement

Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

Bakı. Trend:

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, 2024/2025 mövsümünün ilk püşkündə 28
komanda 14 cüt təşkil edib.

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi
Albaniyanın “Eqnatiya”nın da rəqibi bilinib. Onlar ilk mərhələdə
Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab
görüşləri 16-17-də baş tutacaq.

I təsnifat mərhələsi

“Slovan” – “Struqa”
TNS – “Deçiç”
“Borats” – “Eqnatiya”
“Hamrun” – “Linkoln”
“Balkani” – “Santa Koloma”
“Flora” – “Selye”
“Klaksvik” – “Differdanj”
“Panevejis” – HİK
RFŞ – “Larne”
“Vikinqur” – “Şemrok Rovers”
“Virtus” – “Styaua”
“Lüdororets” – “Dinamo” Bt
“Ordabası” – “Petrokub”
“Dinamo” Mn – “Pünik”

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” II təsnifat
mərhələsindən mübarizəyə başlayacaq.