
Bakı. Trend:
Yanvar-may aylarında Azərbaycandakı magistral təbii qaz
kəmərləri ilə 17 milyard 359 milyon kubmetr təbii qaz nəql edilib
və əvvəlki ilin eyni aylarına nisbətən 3 faiz azalma müşahidə
olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə,
beş ayda qaz nəqlinin 54,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi
Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib
və bu kəmərlə təbii qaz nəqli 2,63 faiz artaraq 9 milyard 471,6
milyon kubmetr təşkil edib.



























