Advertisement

Abşeronda 2 mərtəbəli evdə yanğın baş verib

Bakı. Trend:

Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.

Trend FHN-ə istinadən xəbər
verir ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan
ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar
konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət
tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.