Advertisement

AVRO-2024: “Səbail”in baş məşqçisindən günün proqnozları

Bakı. Trend:

İlk oyundan sonra komandaların gücü az da olsa, bilindi.

Trend xəbər verir ki, bunu
İdman.biz
“Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis bu gün AVRO-2024 də keçiriləcək hər üç
oyunu şərh edib.

Diniyevin sözlərinə görə, B qrupunda Xorvatiya – Albaniya
qarşılaşmasında birincilər mütləq şəkildə qələbə qazanmalıdır:
“Xorvatiyanın geriyə yolu qalmayıb. Əgər qrupdan çıxmaq istəyirsə,
yaxşı oyun göstərməlidir. Fikrimcə, bugünkü matçda xorvatiyalılar
qələbəyə daha çox yaxındılar”.

O bildirib ki, A qrupunda ev sahibi Almaniyanın Macarıstanla
sınağı heç də asan keçməyəcək: “Macarıstan startda cox zəif
oynadığndan bu dəfə dişini göstərəcək. Düşünürəm ki, çətin
qarşılaşma keçəcək. Lakin Almaniyanın qalib gələcəyinə
inanıram”.

O, eyni qrupun Şotlandiya – İsveçrə qarşılaşmasında ikinciləri
üstün sayır: “İsveçrəlilər daha şanslı görünürlər. Amma şotlandlar
da hələ öz sözünü deməyib. Məncə, İsveçrə qalib olacaq”.

Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start
götürəcək.