Yay fəslinin gəlməsi özü ilə bərabər müəyyən çətinlikləri də gətirir. Xüsusən günvurma və isti günəş enerjisinin fonunda səhhətimizdə müəyyən narahatlıqlar yaranır. Hamımızı maraqlandıran yay günəşindən necə qorunaq sualına, bu sahədə mütəxəssis Simuzər Abdullayevanın mövqeyini təqdim edirik. Yay gəlişi ilə bizi sevindirsə də, sağlamlığımız üçün müəyyən problemlərə yol açır. Avitaminoz başlayır, xroniki xəstəliklər aktivləşir, həssaslıq, allergik problemlər yaranır. Bir də dəri soyuq qışdan çıxıb yaz fəslinə uyğunlaşmalıdır. Ən böyük problemlərdən biri də ləkələrlə bağlıdır. Havalar isindikcə, günəş şüalarının təsirindən dəriyə ləkələr düşür. Ölkəmiz günəşlidir, xanımlarımızın dərisi isə həssasdır. Bir qayda olaraq biz xanımlarımıza qoruyucu kremlərdən istifadəni məsləhət görsək də, onlar çox zaman buna riayət etmirlər.Belə problemlərdən biri də dərimizdə arzuolunmaz səpki və ləkələrin meydana gəlməsidir. Yaşından asılı olmayaraq, bir çox insan bu problemdən əziyyət çəkir.Dəridə yaranan sızanaq, ləkə və xoşagəlməz səpkilərin müxtəlif səbəbləri var. Bir çox hallarda bu problemin yaranmasına hormonal balansın pozulması, stress və allergiya da səbəb olur.
Dəridə yaranan qaşıntı, qızartı və civzə kimi problemlərə daha çox mövsüm dəyişikliyi zamanı, xüsusi ilə də yaz yay fəslinə keçid ərəfəsində rast gəlirik.
Bu səbəbdən Dəriyə düzgün qulluğun etapları:
✔Təmizlənmə – demakiyaj
✔Dərin təmizlənmə – yuyucu vasitə və skrab
✔Tonik – dərinin PH balansını bərpa edir
✔Regenerasiya – sivorotkalar, serumlar
✔Nəmlənmə və qidalanma – dəri növündən asılı olaraq
✔Müdafiə – SPF
Mütləq qeyd etməliyəm ki, dərinin nəm balansın normal saxlamaq üçün maye qəbuluna ciddi nəzarət edilməlidir.”Yay fəslində üz dərisində yağ ifrazı həddindən artıq sintez olunmağa başlayır ki, bu da dəridə səpkilərin yaranmağına səbəb olur. Yayda dərimiz xüsusi qulluq tələb edir. Bunun birinci mərhələsi dəri təmizliyidir. Kosmetoloq Simuzər xanım bildirib ki, düzgün üz yuma geli seçilərək gündə 2 dəfə səhər-axşam olmaqla yuyulmalıdı. Belə olduqda dəridə yaranan yağ ifrazını normada saxlayırıq.
Mütəxəssisdən tövsiyələr







