Advertisement

Bu, “Qarabağ” üçün qarantiya deyil – Sabiq futbolçu

Bakı. Trend:

Püşkdə bəxtimizə münasib rəqib düşdü.

Trend xəbər verir ki, bunu
İdman.biz
“Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində
“Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibinə rəqib
olmasını dəyərləndirib. Musayevin sözlərinə görə, püşk yaxşıdır,
amma ilk oyunlar komandamız üçün çətin keçəcək: “Qarabağ” hər 2
rəqibdən kifayət qədər güclüdür. Amma ilk qarşılaşmalar hər zaman
çətin olur. Təmsilçimizin daha sonra yüksələn oyunla davam etdiyini
görmüşük. Düşünürəm ki, ciddi çətinliklə üzləşmədən bu cütün
qalibini mübarizədən kənarlaşdırıb yolumuza davam edəcəyik”.

Musayev “Qarabağ”ın Çempionlar Liqasında şanslarını da çərh
edib: “Ağdamlılar heyəti qoruyub saxlasa, bir neçə oyunçu ilə
güclənsə belə, bu, “Qarabağ”ın Çempionlar Liqasının əsas
mərhələsində iştirak edəcəyi qarantiyası deyil. Hər birimiz bunu
arzulayırıq. Amma bu çox çətin olacaq. Qrupa düşmək üçün komandanı
gücləndirməklə yanaşı, bəxt amili də komandamızın yanında
olmalıdır. “Qarabağ” bizdə gözəl oyunu ilə yaxşı bir “iştah”
yaradıb. Komandamızda potensial var. Ümid edək ki, bu il onları
Çempionlar Liqasının əsas mərhələsində izləyərik”.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun
23-24-də, cavab matçları 30-31-də keçiriləcək.