Advertisement

Ağstafa-Bakı istiqamətindəki qatarda nasazlığa görə ödənişsiz avtobuslar təyin edilib

Bakı. Trend:

19 iyun Ağstafadan Bakıya saat 17:30-da yola düşən 705 nömrəli
sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində
hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış
texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.

ADY-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə bu səbəbdən
sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından
Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.

Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz
çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə
ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və
Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin
edilib.

ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi
halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində
işləyir.