Bakı. Trend:
Avropa Komissiyası 2020-ci ildə koronavirus pandemiyası vaxtı
tətbiqini dayandırdığı iqtisadi normaları yenidən bərpa edib.
Trend-in
məlumatına görə, Komissiyanın dərc etdiyi son hesabatda ittifaqa
üzv 7 ölkə – İtaliya, Fransa, Belçika, Macarıstan, Polşa, Slovakiya
və Malta Avropa Sabitlik Paktına (Maastrix sazişi) əməl etmir.
1992-ci ildə vahid valyuta məkanının əsasını qoyan Maastrix
sazişinə görə ölkənin illik büdcə kəsiri ÜDM-in 3 faizdən aşağı
olmalıdır. Bu qaydaya əməl etməyən ölkələri ÜDM-in 0,1 faizi
həcmində cərimə gözləyir.
Hazırda İtaliyanın büdcə kəsiri ÜDM-in 7,4 faizinə, Fransanın
isə 5,5 faizə çatıb.





























