Advertisement

Rusiya prezidenti Vyetnama səfərə gəlib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Vyetnamın Hanoy şəhərinə
gəlib.

Trend-in
məlumatına görə, burada V.Putinin Vyetnamın bütün ali rəhbərliyi
ilə danışıqlar aparacağı gözlənilir.

Rusiya prezidenti Vyetnama Şimalo Koreya səfərindən sonra
gəlib.

Məlumata əsasən, V.Putin Hanoyda Vyetnam Kommunist Partiyası
Mərkəzi Komitəsinin baş katibi Nquyen Fu Çonq, prezident To Lam,
baş nazir Fam Min Tinh və Milli Assambleyanın sədri Tran Than Man
ilə görüşəcək.

Bildirilib ki, danışıqlar zamanı Rusiya ilə Vyetnam arasında
ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə hərtərəfli
strateji tərəfdaşlığın vəziyyəti və gələcək inkişaf
perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır.