Bakı. Trend:
Türkiyə ordusu Ağrı və Batman çöllüyündə “Bozdoğan-43”
əməliyyatı keçirib.
Trend xəbər verir ki, bu
barədə Türkiyə Daxili İşlər Naziri Əli Yerliqaya “X” sosial şəbəkə
hesabında məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyatda qırmızı və narıncı
kateqoriyada axtarışda olan 5 terrorçu məhv edilib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında
vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam
etdirilir.





























