Bakı. Trend:
Almaniya müvafiq layihəyə təklif etdiyi dəyişikliyin qəbul
edilməsinə baxmayaraq, Avropa İttifaqının Rusiyaya qarşı 14-cü
sanksiya paketini bloklayıb.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Almaniya tərəfinin qərarı Xarici İşlər Nazirliyi
ilə Kansler Dəftərxanası arasındakı fikir ayrılıqları ilə izah
olunur.
Buna səbəb isə paketdə üçüncü ölkələrin Almaniyadakı törəmə
şirkətlərində Rusiya şirkətləri və ya vətəndaşlarının payçı
qismində iştirakını qadağan edən müddəanın yer almasıdır.





























