
Bakı. Trend:
Fransa millisi itki ilə üzləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Antuan Qrizmann yığmanın qarşıdakı
oyunlarında iştirak etməyəcək.
Buna 32 yaşlı hücumçunun zədəsi səbəb olub. Topuğundan xəsarət
alan forvard martda keçiriləcək yoldaşlıq oyunlarından kənar
qalacaq.
Antuan 2017-ci ildən sonra ilk dəfə millinin matçında
oynamayacaq. O, yığmada 84 görüşdə forma geyinib.
Qeyd edək ki, Fransa yığması martın 23-də Almaniya, üç gün sonra
Çili ilə qarşılaşacaq.





























