Advertisement

FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədədir

Bakı. Trend:

FİFA yeniliyə imza atıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, tarixdə ilk dəfə futzal üzrə milli
komandaların FİFA reytinqi açıqlanıb.

Kişi futzalçıların ilk siyahısında 139 yığma yer alıb.
Azərbaycan 1139,38 xalla dünyada 29-cudur. Cədvələ 1568,41 xalla
Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadın yığmaların
siyahısında 69 milli yer alıb.