Bakı. Trend:
Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni
rəis təyin olunub.
Trend xəbər verir ki, müvafiq
əmrə əsasən polis mayoru Ruslan Rəhimov Beyləqan Rayon Polis
Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, bundan öncə o, Astara Rayon Polis Şöbəsinin Dövlət
Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.





























