
Bakı. Trend:
Güləş üzrə Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya
Oyunlarına hazırlığı davam etdirir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 4 illiyin ən möhtəşəm yarışı üçün növbəti
toplanış Göygöldə təşkil olunub.
Olimpiadaya qısa müddət qalmış yunan-Roma güləşi üzrə yığmamızın
üzvü Sabah Şəriəti hazırlığını dəyərləndirib. İkinci dəfə Oyunlara
qatılacaq Rio-2016-nın bürünc medalçısı bildirib ki, Fransa
paytaxtında əsas hədəfi fəxri kürsüyə yüksəlmək olacaq.
130 kq-da çıxış edəcək Şəriəti Paris-2024 öncəsi hazırlığını
şərh edib, zədəsi ilə bağlı durumunu, qazanacağı medalı kimə həsr
edəcəyini, həmçinin 35 yaşında əsas istəyini açıqlayıb.





























