Advertisement

Bu ayın müavinətləri Novruz bayramına görə tam ödənilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayının
müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən
əvvəl olmaqla bu gün tam ödəyib.

Bu barədə Trend-ə nazirlikdən
məlumat verilib.

Bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət
sosial yardımlarının ödənişi yekunlaşıb.