Advertisement

İqtisad Universitetinin ilk rektoru olmuş Mehdi bəy İsmayılova həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-in 94 illiyi münasibətilə Azərbaycan Dövlət İqtisad
Universitetinin (1930-1934) ilk rektoru olmuş Mehdi bəy İsmayılovun
xatirəsinə həsr edilən konfrans keçirilib.

Konfransın açılışında çıxış edən rektor professor Ədalət Muradov
universitetin 94 illiyi münasibətilə əməkdaşları təbdik edərək,
onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

UNEC-in hər zaman dəyərlərinə sahib çıxdığını deyən professor
Ə.Muradov, universitetin zəngin tarixindən dən söz açıb: “Biz
keçmişimizə sahib çıxaraq, dəyərlərimizi yaşadırıq. Bu dəyərlərdən
biri də universitetin ilk rektoru olmuş Mehdi bəy İsmayılovdur”.
Rektor M.İsmayılovun 30-cu illərdə tələbələrin azərbaycan dilində
dərsliklərlə təmin olunması, eləcə də universitet fakültələri
əsasında institutların yaradılması istiqamətində etdiyi cəhdlərdən
də bəhs edib: “Qeyd etməliyəm ki, bizim bu gün görmək istədiyimiz
və gördüyümüz bir sıra işləri Mehdi bəy müəllim öz rektorluğu
dövründə həyata keçirməyə təşəbbüs göstərib. Biz bu ali təhsil
müəssisəsinə rəhbərlik etmiş şəxslərin reallaşdırılmamış planlarını
əsas tutaraq, İqtisad Universitetini düşündüyümüz zirvəyə qaldırmaq
əzmindəyik”, deyə rektor bildirib.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil
Həsənov Azərbaycan Dövlət İqtisad Universitetinin yaranma tarixi
barədə təqdimatla çıxış edib.

“Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov isə
Mehdi bəy İsmayılovun zəngin həyat və fəaliyyəti barədə arxiv
sənədlərindən əldə etdiyi maraqlı faktları konfrans
iştirakçılarının diqqətinə çatdırıb.