Advertisement

Ölkəyə gələn turistlərin sayı artıb?

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 167
ölkəsindən 341,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs
gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) Trend-ə verilən məlumata görə,
gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İran,
6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə
Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb
Əmirlikləri, Qazaxıstan və Pakistan, 2,1 faizi Küveyt, 1,8 faizi
Özbəkistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,3 faiz olmaqla
Oman və Ukrayna, 1,1 faizi Belarus, 11,2 faizi digər ölkələrin
vətəndaşları olub.

Gələnlərin 73,9 faizini kişilər, 26,1 faizini qadınlar təşkil
edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1
dəfə, Səudiyyə Ərəbistanından – 2,8 dəfə, Hindistandan – 2,7 dəfə,
Qırğızıstandan – 2,6 dəfə, Bəhreyndən – 2,5 dəfə, Qazaxıstandan –
2,4 dəfə, Tacikistandan – 2,4 dəfə, Filippindən – 2,0 dəfə, Omandan
– 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Özbəkistandan – 1,9 dəfə,
Cənubi Koreyadan – 1,9 dəfə, İordaniyadan – 1,8 dəfə, İtaliyadan –
1,8 dəfə, Türkmənistandan – 1,7 dəfə, Misirdən – 1,7 dəfə, Yəməndən
– 1,7 dəfə, Küveytdən – 1,6 dəfə, İrandan – 1,6 dəfə, Polşadan –
47,7 faiz, Türkiyədən – 38,8 faiz, Fransadan – 38,5 faiz,
Ukraynadan – 31,7 faiz, Pakistandan – 28,0 faiz, Birləşmiş Ərəb
Əmirliklərindən – 27,6 faiz, Almaniyadan – 27,0 faiz, Gürcüstandan
– 24,5 faiz, ABŞ-dən – 24,3 faiz, Moldovadan – 23,9 faiz, Rusiyadan
– 21,5 faiz, Niderlanddan – 20,9 faiz, Belarusdan – 14,0 faiz,
Böyük Britaniyadan – 13,9 faiz, Qətərdən – 11,9 faiz artıb.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz
ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər,
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq
11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq
122,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6
faizi hava, 31,0 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz
nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə
gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 36,0 faiz artaraq 296,5
min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 38,5
faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiyaya gedənlərin
sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artıb.

Azərbaycan vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi
Rusiyaya, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər
ölkələrə səfər edib. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini
qadınlar təşkil edib.

2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən
Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu
və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.